"AZAL-la bərabər 40 şirkət fəaliyyət göstərir ki, bunların içərisində aşağı büdcəli şirkətlər də var" - Deputat

 12:55 20.10.2023     286

Azərbaycanda 8 beynəlxalq hava limanı var, 9-cu da Laçındadır, tikintisi bitmək üzrədir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Azərbaycandan 33 ölkəyə 66 istiqamət üzrə uçuş həyata keçirilir:

“AZAL-la bərabər 40 şirkət fəaliyyət göstərir. Bunların içərisində aşağı büdcəli şirkətlər də var. Sərnişlərin 60 faizi AZAL-la, 60 faiz digər şirkətlərlə uçur”.

Humay İSGƏNDƏRLİ