Dubayda uçan taksi xidməti fəaliyyətə başladı - FOTO

 13:12 12.02.2024     246

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində uçan taksi xidməti fəaliyyətə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyinin "X" sosial media hesabında açıqlama verilib.

Qeyd olunub ki, taksi pilot və dörd sərnişin daşımaq qabiliyyətinə malikdir. Məlumata görə, maksimum uçuş məsafəsi 161 kilometr, maksimal sürəti saatda 320 kilometr olan uçan taksi Dubay Beynəlxalq Hava Limanı, şəhərin mərkəzində Downtown, Dubay Marina və Palm Jumeirah yaxınlığında cəmi 4 stansiyaya sahib olacaq.

Bildirilib ki, Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət müddəti uçan taksi ilə 10 dəqiqəyə endiriləcək.

222