Təyyarədə daşınması qadağan edilən əşyaların siyahısı hazırlanacaq - FƏRMAN
Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı hazırlanacaq.
Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti siyahını doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.