Moskvadan Lənkərana uçuşlar başlayır

 10:44 07.06.2024     2139

İyunun 22-dən Rusiyanın “Utair” aviaşirkəti paytaxt Moskvadan Azərbaycanın Lənkəran şəhərinə uçuşlara başlayacaq.

Redaktor.az bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, aviareyslər həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.

Bu “Utair” üçün yeni istiqamətdir. Aviaşirkət bu ay xarici marşrutlar şəbəkəsinə Bakı (Azərbaycan),Antalya (Türkiyə), Səmərqənd (Özbəkistan), İrəvan (Ermənistan) və digər istiqamətləri də əlavə etməyi planlaşdırır.

Vumart və Güvən reklamı Vumart Güvən