Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedəcək

 17:34 20.06.2024     1212

Azərbaycan və Mərakeş ümumvətəndaş pasportlarının sahiblərini viza tələbindən azad edir.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.