"Yağışlı sərin havalar turistlərdə xoş təəssürat yaradır" - Ceyhun Aşurov
Bir neçə gündür ölkəmizdə qeyri-sabit hava şəraiti müşahidə edilir. Əsasən, dağlıq və dağətəyi rayonlarda tez-tez leysan xarakterli yağışlar yağır. Mövsümə uyğun olmayan hava şəraiti turizm sahəsinə də təsir göstərir.
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Redaktor.az-a açıqlamasında bildirdi ki, havaların qeyri-sabit keçməsi xüsusən çimərlik bölgələrində olan otellərə daha çox təsir edib:
"Çünki çimərlik üçün əlverişli olmayan havada müştərilər həmin bölgələrə üz tutmur və bu da otellərin müştəri kontingentinə təsir göstərir. Xoşbəxtlikdən bu cür hava şəraiti çox da uzun sürmür və qısa zamanda stabilləşir. Regionlarda isə turist sayında ciddi dəyişiklik olmayıb. Çünki onsuzda regionlara üz tutanlar təbiətin qoynunda vaxt keçirmək istəyənlərdir və yağışlı sərin havalar onlarda xoş təəssürat yaradır".
Sevinc İBRAHİMZADƏ