Fransa səfirliyi Azərbaycan vətəndaşlarına Şengen vizası verməkdən imtina edib - AÇIQLAMA
Son günlərdə Şengen vizaları ilə bağlı bir neçə ciddi problem yaranıb. Belə ki, bəzi insanların Şengen vizası almaqla bağlı müraciətlərinin işlənmə müddəti uzanıb, bəzilərinə isə viza verilməyib.
Bəs Azərbaycanda Şengen vizası ilə bağlı problem yaşanıb?
Mövzu ilə bağlı "Atlas Travel" şirkətinin təsisçisi Abbas Süleymanov Redaktor.az-a açıqlamasında bildirdi ki, əsasən Fransa səfirliyindən bəzi müştərilər rədd cavabı alıb.
"Amma qlobal bir problem olmayıb. Rədd cavabının səbəbi də bilinmir. Şengen vizasının rədd edilməsini təkcə Fransadan eşitmişik, Azərbaycandan Fransaya getmək istəyən müştərilər bu problemlə qarşılaşıblar. Ancaq başqa səfirliklərdə belə bir problem olmayıb. Bir neçə gündür bu, müşahidə olundu, lakin bizə agentlik tərəfindən hansısa xəbərdarlıq, yaxud hansısa proseslə bağlı dəyişiklik bildirilməyib. Hərçənd kütləvi şəkildə hamının vizasını qəbul etmirlər demək də düzgün deyil. Sadəcə olaraq 6-7 nəfər bu problemi yaşayıb", - deyə həmsöhbətimiz qeyd etdi.
Sevinc İBRAHİMZADƏ