Azərbaycan Maldivi qarşılıqlı viza tələbindən azad ETDİ
“Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.
Qanuna əsasən, 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.