Erkən rezervasiyanın üstünlükləri nələrdir? - AÇIQLAMA

Tətillərini səyahətdə keçirən insanlar erkən rezervasiya etməyə daha çox üstünlük verir. Çünki onlar çox vaxt normal qiymətlərdən daha aşağı qiymətlərlə təkliflər əldə edə bilərlər. Bu da səyahətçilər üçün böyük üstünlükdür.
Mövzu ilə bağlı turizm agentliyinin meneceri Kənan Əzimzadə Redaktor.az-a bildirdi ki, erkən rezervasiya müştərilərə müxtəlif üstünlüklər təqdim edir.
"Bu zaman həm turların qiymətləri daha münasib olur, həm də məkanlar daha əlverişli şəkildə seçilə bilir. Misir, Doha və Şri-Lanka kimi ölkələr xüsusilə populyar "qaynar turlar" arasında yer alır. Bu ölkələr tələbatın yüksək olduğu yerlər olduğu üçün qiymətlərin çox münasib olduğunu görmək mümkündür. İnsanlar həm qrup turu, həm də fərdi paketə üstünlük verir. Qrup və fərdi şəkildə tam fərqli olur" - deyən həmsöhbətimiz qeyd etdi ki, tur paketləri səyahət edənlərin istəyinə görə hazırlamaq da mümkündür:
"Bir az daha sərbəstlik istəyənlər üçün fərdi paketlər idealdir. Fərdi turlarda istədiyiniz vaxt, temp və marşrutda səyahət edə bilərsiniz, buna görə də daha az sıxışma və daha çox fərdi rahatlıq təmin olunur. Tura yaxınlaşarkən müştəri əlində olan vəsaiti və gedəcək insan sayını bizə deyir. Biz ona uyğun məsələn, iki nəfərlik, beş gecə və altı gün yaxud səkkiz gün yeddi gecəlik istədiyi ölkəyə içində transfer sığortası, əl yükü, baqaj daxil olmaqla paket hazırlayırıq".
Türkan İSGƏNDƏRLİ