Prezidentin töhmət verdiyi məmur istintaqa ÇAĞIRILDI

Ötən gün şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istintaqa çağırılıb.
Redaktor.az lent.az-a istinadən xəbər verir ki, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib.
“Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, dünən Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Xatırladaq ki, F. Nağıyevin rəhbərlik etdiyi agentlikdə xidməti yazışmaların sızdırılması bildirilib. Şiddətli töhmətin də buna görə verildiyi qeyd edilib. Artıq qurumun Aparat rəhbəri Kənan Qasımov vəzifədən kənarlaşdırılıb.