AZAL bu ölkələrə reysləri bərpa EDİR

 14:30 12.05.2025     135

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün Azərbaycan Hava Yollarının (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

Redaktor.az xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda deyilir.

"Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Əavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - deyə AZAL-dan bildirilib.