İstanbuldan Gəncə və Naxçıvana yeni reys AÇILDI

Bu gündən Türkiyənin İstanbul şəhərindən Azərbaycanın Gəncə və Naxçıvan şəhərlərinə təyyarə reysləri fəaliyyətə başlayır.
Redaktor.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Reysləri qonşu ölkənin “AJet” aviaşirkəti həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçirir.
Uçuşlar İstanbuldakı Sabiha Gökçen Beynəlxalq Hava Limanından baş tutur.