AZAL müharibəyə görə bu reysləri ləğv ETDİ

 08:32 13.06.2025     259

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edib.

Bu barədə Redaktor.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat verib.

Reyslərin siyahısını təqdim edirik:

Bakı – Təl-Əviv – Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

 Bakı – Dubay – Bakı

J2 011/012 (13 iyun)

 Bakı – Tehran – Bakı

J2 8017/8018 (13 iyun)

Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Xatırladaq ki, İsrail İrana qarşı hava zərbələri endirir.