AZAL müharibəyə görə bu reysləri ləğv ETDİ

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edib.
Bu barədə Redaktor.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat verib.
Reyslərin siyahısını təqdim edirik:
Bakı – Təl-Əviv – Bakı
J2 021/022 (13 iyun)
J2 321/322 (13 iyun)
J2 021/022 (14 iyun)
Bakı – Dubay – Bakı
J2 011/012 (13 iyun)
Bakı – Tehran – Bakı
J2 8017/8018 (13 iyun)
Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Xatırladaq ki, İsrail İrana qarşı hava zərbələri endirir.