Xarici turistlər bölgələrimizə niyə səfər etmir?

 22:26 17.11.2025     1511

"Turist sayının azalması yalnız “bahalı olmaq” məsələsi deyil, geosiyasi risklər, bazar strukturu, sərhəd məhdudiyyətləri və mövsümiliyin təsiri kimi çoxşaxəli amillər movuddur".

Bunu Redaktor.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev Azərbaycanın bölgələrinə xarici turistlərin az səfər etməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, dövlət turizm sektorunda mövcud problemlərin həlli üçün ardıcıl və məqsədyönlü addımlar atır və bu sahədə genişmiqyaslı islahatlar planlaşdırır:

"Bu islahatlar çərçivəsində vizaların əldə olunmasının asanlaşdırılması, yeni turizm zonalarının yaradılması, ölkənin beynəlxalq imicinin gücləndirilməsi üçün effektiv marketinq strategiyalarının tətbiqi, həmçinin insan kapitalına investisiyaların artırılması kimi mühüm istiqamətlər nəzərdə tutulur. Dövlət Turizm Agentliyi tərəfindən bu strategiyalar uzunmüddətli perspektivdə turizm sektorunu dayanıqlı, rəqabətqabiliyyətli və modern standartlara uyğun formalaşdırmağa yönəlik çevik və sistemli işlərlə dəstəklənir. Eyni zamanda, agentlik yerli və xarici investorlarla əməkdaşlığı genişləndirir, xidmət keyfiyyətinin yüksəldilməsi və turizm infrastrukturunun inkişafı üzrə konkret layihələr həyata keçirir. Bütün bu tədbirlər onu deməyə əsas verir ki, ölkəmiz yaxın illərdə təkcə regionda deyil, həm də qlobal səviyyədə turizm baxımından ən inkişaf etmiş və cəlbedici ölkələrdən birinə çevriləcək".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən