Bu il Azərbaycana gələn turistlərin sayı 0,1% artıb

 16:06 31.05.2019     214

Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min və ya 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, cari ilin dörd ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 375 mln. manat olub.

"Bu ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi isə 103 mln. manat təşkil edib", - deyə R. Hüseyn qeyd edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-mart aylarında ölkəyə gələn turistlərin sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2,3% azalmışdı.