Səfir: "Ötən il Azərbaycana 800 min rusiyalı turist gəlib"

 13:51 10.06.2019     435

"Ötən il Azərbaycana 800 min rusiyalı turist səfər edib".

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın  Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan rusiyalı turistlər üçün cəlbedici istiqamətə çevrilib. Səfirin sözlərinə görə, Rusiyada Azərbaycanın rəsmi turizm nümayəndəliyi açılıb.

M. Boçarnikov həmçinin əlavə edib ki, Azərbaycan və Rusiya arasında uçuşlar həyata keçirən aviaşirkətlərin sayının artırılmasına dair danışıqlar davam edir.