"Azərbaycan şirkəti Monteneqro iqtisadiyyatına 900 mln. avrodan çox investisiya yatırıb"

 13:47 25.06.2019     446

Turizm sahəsində fəaliyyət göstərən Azərbaycanın "Azmont Investments" şirkəti tərəfindən Monteneqro iqtisadiyyatına 900 mln. avrodan çox investisiya yatırıb.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Monteneqronun Baş naziri Duşko Markoviç deyib.

Onun sözlərinə görə, ölkələr arasında əlaqələr energetika sahəsində əməkdaşlıqdan başlayıb. Söhbət Yunanıstandan Albaniyaya və Monteneqroya tərəf uzanan və İtaliyaya doğru inşa edilən qaz boru kəmərindən gedir.

"Bir çox sahələr var ki, onların sayəsində iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi mümkündür. Bura energetika, ticarət, sənaye kimi sahələri qeyd etmək olar. İki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələr mövcuddur. Qarşılıqlı maraq kəsb edən layihələrdə biz bir birimizi yaxşı başa düşürük. Əlbəttə, burada  həmçinin iqtisadi əlaqələrin də rolu böyük olmalıdır. Mənim səfərimin əsas məqsədi ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsindən ibarətdir. Dünən bu məsələni mən azərbaycanlı həmkarım Novruz Məmmədovla müzakirə etdim", - deyə Baş nazir qeyd edib.