Azərbaycanda Turizm Agentlikləri Assosiasiyasının birinci assambleyası keçirilib

 16:38 27.06.2019     592

Azərbaycanda Turizm Agentlikləri Assosiasiyasının birinci assambleyası baş tutub.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev bildirib ki, assosiasiyanın yaradılması ölkədə turizmin inkişafı istiqamətində vacib addımdır.

Onun sözlərinə görə, assosiasiyanın əsas məqsədlərindən biri bütün turizm agentliklərini birləşdirmək və bununla da turizm potensialını artırmaqdır.

Assosiasiyanın sədri Rüfət Hacıyev bildirib ki, təşkilat turizm agentliklərinin maraqlarını təmsil edir və dövlət-özəl sektorun inkişafına xidmət edir.