Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8,8% artıb

 21:38 02.07.2019  38

Bu ilin yanvar-iyun aylarında Gürcüstana səfər edən turistlərin sayı 2 127 142 nəfər təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə qonşu ölkəyə səfər edən turistlərin sayı 193 368 nəfər və ya 10% artıb.

İlin ilk altı ayı ərzində Gürcüstana 3 862 444 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 8,4% çoxdur.

Yalnız iyun ayında isə qonşu ölkə 873 966 əcnəbi ziyarətçi (+20,2%) qəbul edib.

Ötən ay Gürcüstana ən çox Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları səfər ediblər. Azərbaycandan Gürcüstana gedən turistlərin sayı illik müqayisədə 8,8% artıb.