Gürcüstana səfər edən azərbaycanlıların sayı artıb

 15:47 03.07.2019     575

Cari ilin I yarısında Gürcüstana səfər edən azərbaycanlıların sayı 22 332 nəfər və ya 3.7 faiz artıb.      

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bu Gürcüstan Milli Turizm Administrasiyasının hesabatında öz əksini tapıb.  

Sənəddə bildirilib ki, hesabat dövründə Gürcüstana Azərbaycandan 622 717 nəfər səyahət edib. Cari ilin təkcə iyun ayında Gürcüstanı Azərbaycandan 124 780 nəfər ziyarət edib.  

Hesabat dövründə Gürcüstana ən çox turist Rusiyadan gəlib. Onların sayı 691 587 nəfər olub. Azərbaycanlı turistlər bu siyahıda ikinci yerdə qərarlaşıblar.