İstanbulda son 5 ilin turizm - REKORDU

 07:21 05.07.2019     450

İstanbul 2019-cu ilin ilk beş ayında 5.5 milyon turist qəbul edib. Bu, son 5 ilin rekordudur.
 
Redaktor.az-ın məlumatına görə, şəhərin 2019 Turizm Hesabatı açıqlanıb.
 
Hesabatda, "Tarixi, mədəni və təbii sərvətlərilə dünyanın turizm paytaxtlarından olan İstanbul, bu ilin ilk beş ayında 5.5 milyon turist qəbul edərək son beş ilin ən yüksək rekordunu qırıb. Turist sayı, bir əvvəlki illə müqayisədə 11 faiz artıb. 2019-cu ildə İstanbula 15 milyon turistin gələcəyi gözlənilir",- deyilir