Gürcüstana gedən azərbaycanlı turistlərin sayı 9%-ə yaxın artıb

 11:40 10.07.2019     447

Bu ilin ilk yarısında Azərbaycandan Gürcüstana gedən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artıb.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Qeyd olunub ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Gürcüstana 124 780 turist gəlib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10 128 nəfər və ya 8,8% çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan bu ölkəyə gedən turistlərin sayı 114 652 nəfər olub.