Xan Sarayını nə qədər turist ziyarət edib? - STATİSTİKA

 00:19 17.07.2019     473

Şəki Xan Sarayını ziyarət edənlərlə bağlı statistika açıqlanıb.

Redaktor.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadənin dediyinə görə, iyun ayında Şəki Xan Sarayını 24021 nəfər ziyarət edib. Onlardan 8800 nəfəri xarici ölkələrin vətəndaşı, 15221 nəfəri isə Azərbaycan vətəndaşıdır.

Xatırladaq ki, iyulun 7-də Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

İyulun 14-də isə Xan Sarayının qarşısında bitən 500 yaşlı Xan çinarının budağı qırılaraq ərazidəki turistlərin üzərinə düşüb. Nəticədə, 1 nəfər ölüb, 20-yə yaxın insan xəsarət alıb.