Şahdağ MDB məkanında yay istirahəti üçün seçilən ilk beşlikdə yer alıb

 23:57 22.07.2019     505

Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin yay mövsümündə fəal istirahət üçün dağ kurortlarının reytinqi açıqlanıb.

Rusiyanın “TurStat” analitik agentliyi tərəfindən tərtib olunmuş reytinqdə belə kurortların ilk beşliyinə Azərbaycandakı Şahdağ Turizm Mərkəzi də daxil edilib.

Qeyd edək ki, ilk onluğa Şahdağ ilə yanaşı, Krasnaya Polyana (Soçi), Çimbulak (Almatı, Qazaxıstan), Krım dağları, Dombay (Qaraçay-Çərkəz Respublikası), Katun (Dağlıq Altay), Prielbrusye (Kabarda-Balkar), Şereqeş (Kemerovo vilayəti), Xibin (Murmansk vilayəti) və Karakol (Qırğızıstan) da daxil edilib. /trend/