AzTA turistləri şirkət seçimində daha diqqətli olmağa çağırıb

 13:47 02.08.2019  32

Azərbaycan Turizm Assosiasiyası (AzTA) turistləri şirkət seçimində daha diqqətli olmağa çağırıb.

Redaktor.az AzTA-ya istinadən xəbər verir ki, Assosiasiyanın sədri Nahid Bağırovun sözlərinə görə, son zamanlar assosiasiyaya şirkətlərin keyfiyyətsiz və məsuliyyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır.

"Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır, eləcə də, sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistləri şirkət seçərkən daha diqqətli olmağa, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edirik", - deyə N. Bağırov deyib.