Gürcüstana gedən Azərbaycan vətəndaşlarının SAYI ARTIB

 11:00 05.08.2019     443

Ötən ay Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 13.1% artıb.  

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Mariam Kvrivişvili bildirib ki, iyul ayı ərzində Gürcüstanı 1 099 474 nəfər əcnəbi turist ziyarət edib.  

Onun sözlərinə görə, bu isə 2018-ci ilin analoji dövrü ilə müqaisədə 5.8% çoxdur.  

M. Kvrivişvili qeyd edib ki, iyul ayında Rusiyadan Gürcüstana gələn turistlərin sayında 6.4% azalma müşahidə olunub.