Gürcüstanın turizm sektoruna 44,3 milyon dollar zərər dəyib

 21:58 06.08.2019     408

“Rusiyadan turist axınının azalması Gürcüstanın turizm sektorundan gəlirlərinə mənfi təsir göstərib”.

 Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.

Onun sözlərinə görə, bu ilin iyul ayında Gürcüstan illik müqayisədə rusiyalı turistlərdən 44,3 mln. dollar az gəlir əldə edib.

M.Kvrivişvili deyib ki, turizm sektorunun artım proqnozu ikirəqəmli olub və buna görə real itkilər daha da böyükdür.

Qeyd edək ki, bu ilin iyulun 8-dən etibarən Rusiya və Gürcüstan arasında birbaşa aviauçuşlar dayandırılıb. Bu da Gürcüstana səfər edən rusiyalı turistlərin sayının kəskin azalmasına gətirib çıxarıb.  /report/