Turistlərin ən çox zəhərləndiyi kurortlar - Siyahıda Antalyada var

 00:53 22.08.2019     462

Ən çox zəhərlənmə faktı qeydə alınan turizm mərkəzlərinin adı açıqlanıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, anoloji siyahını York Test laboratoriyası hazırlayıb. Siyahı Daily Mail nəşrində dərc olunub.

Birincilik ildə 380 zəhərlənmə faktı ilə Misirin məşhur Xurqad şəhərinə qismət olub. İkinci pillədə uzaq Dominikan Respublikasının Punta-Kada (211 zəhərlənmə) kurortu qərarlaşıb. Üçüncü sıra Meksika sahillərində yerləşən Rivyera-Maya (182 zəhərlənmə) şəhərinə nəsib olub.

Sonrakı yerlərdə Antalya (Türkiyə), Kankun (Meksika), Boavişta (Kabo-Verde), Sal (Kabo-Verde), Marakkeş (Mərakeş), Malyorka, Benidorm (İspaniya) qərar tutub.

Rüfət Xəlil / Redaktor.az