Azərbaycan Rusiyaya turist səfərlərinə görə ilk beşlikdə yer alıb

 03:19 04.09.2019     432

2019-cu ilin ilk yarısında Azərbaycandan Rusiyaya səfərlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22 min və ya 6 faiz artıb.

Redaktor.az-ın məlumatına görə, həmin müddət ərzindən 418 min nəfər Azərbaycandan Rusiyaya səfər edib.

Azərbaycan bu göstəriciyə görə 5-ci yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin ilk 6 ayı ərzində Rusiyaya turist səfərlərinə görə ilk beşlikdə Ukrayna (3,424 milyon nəfər), Qazaxıstan (1,569 milyon nəfər), Çin (780 min nəfər), Finlandiya (430 min nəfər) və Azərbaycan (418 min nəfər) yer alıb./trend/