Turistlərin ən sevdiyi şəhərlər məlum oldu - Siyahıda İstanbul və Antalyada var

 06:18 06.09.2019     473

MasterCard sistemi turistlərin ən sevdiyi şəhərlərin reytinq siyahısını hazırlayıb.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, 2018-ci ildə turistlərin ən çox ziyarət etdiyi şəhər Taylandın paytaxtı Bankok olub. 22 milyon turist il ərzində Bankokda 20 milyard dollardan çox pul xərcləyib. İkinci pillədə Fransanın paytaxtı Paris yer alıb. Parisdə 19 milyon turist 14 milyarda yaxın pul sərf edib.

Üçüncü pillədə London qərarlaşıb.

Siyahıda sonrakı yerlərdə Dubay, Sinqapur, Kuala-Lumpur, Nyu-York, İstanbul, Tokio, Antalya cəmləşib.

Rüfət Xəlil / Redaktor.az