Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 4,3% artıb

 12:40 10.09.2019     429

Bu ilin ikinci rübündə Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 4,3% artaraq 329 815 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin hesabatında məlumat verilib.

Cari ilin aprel-iyun ayları ərzində Azərbaycan Gürcüstana ən çox turist göndərən ölkələr arasında ikinci yerdədir. Hesabat dövründə Gürcüstana ən çox turist Rusiyadan gəlib – 437 510 nəfər.

Azərbaycanlı turistlər Gürcüstanda orta hesabla iki gün keçiriblər.//Apa.az