“Şarm əl-Şeyxə səfər edən azərbaycanlı turistlərin sayı artıb”

 18:23 23.09.2019     422

Misirin Azərbaycandakı səfiri Adel İbrahim mətbuat konfransı keçirib. 

Redaktor.az-ın xəbərinə görə, səfir bildirib ki, Bakı - Şarm əl-Şeyx birbaşa reysinin açılmasından ötən 2 ay ərzində Şarm əl-Şeyxə səfər edən azərbaycanlı turistlərin sayında artım müşahidə olunur.

Bunu yüksək qiymətləndirən diplomatın sözlərinə görə, bu amil iki ölkə arasında turizm əlaqələrinin inkişafında böyük rol oynayır. 

Səfir qeyd edib ki, Misir hökuməti tərəfindən təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətdə lazımi addımlar atılır.

A. İbrahim Misirin turizm bölgələrini ziyarət etmək istəyən, qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən turistlərin istəyini nəzərə alaraq, ölkəsinin azərbaycanlı turistləri hər mövsümdə qəbul etməyə hazır olduğunu vurğulayıb.//Apa.az