Bakı oktyabrda istirahət üçün ən uyğun şəhərlərin REYTİNQİNDƏ

 18:38 01.10.2019     451

"OneTwoTrip" səyahətlərin planlanması üzrə onlayn xidmətinin ekspertləri bu ilin oktyabr ayında istirahət üçün ən uyğun şəhərlərin reytinqini tərtib edib.

Redaktor.az-ın "OneTwoTrip" xidmətinə istinadən verdiyi məlumata görə, reytinq tərtib olunarkən mütəxəssislər hər bir şəhərdə oktyabr ayında günəşli günlərin sayı nəzərə alınıb. Siyahının ilk pilləsində Dubay (BƏƏ) qərarlaşıb. Onun ardınca reytinqdə Eylat (İsrail), Protaras (Kipr), Əmman (İordaniya) və Cerba (Tunis) yer alıb.

Azərbaycanın paytaxtı Bakı şəhəri reytinqin 14-cü pilləsinə layiq görülüb. Ekspertlərin hesablamalarına görə, oktyabrda Bakıda orta hesabla 16 günəşli gün müşahidə olunur.

Qeyd edək ki, reytinqi İstanbul şəhəri tamamlayır.

Oktyabrda istirahət üçün ən uyğun şəhərlərin reytinqi://Apa.az

 

#

 

Şəhər

Oktyabrda günəşli günlərin sayı

1

Dubay, BƏƏ

31

2

Eylat, İsrail

30

3

Protaras, Kipr

29

4

Əmman, İordaniya

29

5

Cerba, Tunis

25

6

Nitsa, Fransa

24

7

Dubrovnik, Xorvatiya

23

8

Valensiya, İspaniya

22

9

Valletta, Malta

22

10

Afina, Yunanıstan

21

11

Neapol, İtaliya

20

12

Belqrad, Serbiya

19

13

Varna, Bolqarıstan

17

14

Bakı, Azərbaycan

16

15

İstanbul, Türkiyə

15