Dövlət Reklam Agentliyinin idarəetmə forması dəyişib

 17:52 17.10.2019     459

Dövlət Reklam Agentliyinin idarəetmə forması dəyişib.
 
Redaktor.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.
 
İndiyə qədər Agentlikdə 3 nəfər üzvdən ibarət Müşahidə Şurası olub, yin Müşahidə Şurası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilib.
 
Dəyişikliyə əsasən, Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə üç üzvdən ibarət İdarə Heyəti yaradılacaq. Agentliyin İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edəcək.