Aİ və MDB ölkələrindən Azərbaycana gələn turistlərin SAYI

 13:53 21.10.2019     436

Bu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqı (Aİ) və MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı son bir ildə artıb.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24% artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,3% artaraq 880,9 min nəfər olub.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin doqquz ayında Azərbaycana dünyanın 191 ölkəsindən 2 418,3 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.