Məşhur kruiz gəmisində kütləvi epidemiya - Yüzlərlə turist xəstəxanaya yerləşdirildi

 02:09 26.11.2019     550

Mayamidən Los-Ancelesə səfər edən məşhur kruiz gəmisi "Norwegian Joy"- da kütləvi epidemiya baş verib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Mirror nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, göyərtəsində 3000-ə yaxın sərnişin olan gəmidə kəskin mədə bağırsaq xəstəliyi olan norovirus yayılıb.

Bildirilir ki, Panama kanalından keçərək Los-Ancelesə yol alan gəminin yüzlərlə sakini San-Pedro limanında düşərək xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Norwegian Joy" kruizində 17 günlük səfər 2600 dollar təşkil edir.

Rüfət Xəlil / Redaktor.az