Turizmin dəstəklənməsi məqsədi ilə subsidiyalar veriləcək

 14:54 29.11.2019     1362

"Azərbaycanda sənaye subyektləri üçün yeni subsidiya mexanizmlərinin planlaşdırılması ilə bağlı müvafiq dövlət qurumları ilə yaxından iş qurulur".

Redaktor.az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin ilk yarısına qədər subsidiya mexanizmlərinə dair işlər görüləcək:

"Həm hava nəqliyyatı, həm turizmin dəstəklənməsi, həm də müxtəlif istiqamətlərdə subsidiya mexanizmləri planlaşdırırıq ki, bununla turizm sənayesini stimullaşdıraq”.//Apa.az