Yeni il bayramında Azərbaycana daha çox bu ölkələrdən turist GƏLƏCƏK

 17:20 04.12.2019     51

"Yeni il bayramında Azərbaycana daha çox Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarının gələcəyi gözlənilir".

Redaktor.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, bu bazarlar formalaşmış bazarlar olduğu üçün tendensiya bu il də davam edəcək. K.Quluzadə bildirib ki, gəlmə turizmlə bağlı Azərbaycanın 12 əsas prioritet istiqaməti var:

"Bunlar Avropa, Asiya, müəyyən mənada ABŞ, Şimali Afrikadan olan ölkələrdir. Bu ölkələrdən Azərbaycana gələnlərin sayında artım var".//Apa.az