Türkiyədə otellərdə qalanlar vergi ödəyəcək

 04:25 10.12.2019     2287

Türkiyədə turistlər otellərdə yaşayışa görə vergi ödəməli olacaq.

Redaktor.az xəbər verir ki, müvafiq qərarı Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Qərara əsasən, vergi aprelin 1-dən 2020-ci ilin sonuna qədər 1%, daha sonra isə artırılaraq 2% təşkil edəcək.

Rüsum otel, mehmanxana, pansionat, kurort qəsəbələri, qonaq evləri sakinlərindən tutulacaq.

Dövlət müəssisələri və yataqxanalar vergidən azaddır. /axar.az/