Bakı-Tbilisi-Batumi aviareysi açılacaq

 22:54 18.12.2019     2897

"Gələn il Gürcüstan və Azərbaycan arasında yeni aviareys açılacaq".

Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

Onun sözlərinə görə, Azərbaycanın aviaşirkətlərindən biri Bakı-Tbilisi-Batumi reysini yerinə yetirməyə başlayacaq.

Səfir deyib ki, iki ölkə arasında vahid turist paketlərinin hazırlanması istiqamətində işlər davam etdirilir: "Bu paket çərçivəsində ziyarətçilər həm Gürcüstan, həm də Azərbaycana səfər edərək hər iki ölkənin mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər".

Z.Pataradze qeyd edib ki, vahid turpaketlər Gürcüstan və Azərbaycana səfər edən turistlərin sayının artmasına təsir edəcək.