Azərbaycandan Türkiyəyə turist axını ARTIB

 07:09 01.01.2020     3032

2019-cu ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 61,950 min turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,78 faiz çoxdur.

Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Məlumata əsasən, bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarına düşən payı 2,89 faiz təşkil edib.

Qeyd edilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 842,057 min turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,89 faiz çoxdur.

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 1,96 faiz təşkil edib.//Trend.az