Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 7,1% artıb

 16:36 06.01.2020     3108

Ötən il Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 7.1% artaraq 1 milyon 509 min 662 nəfərə çatıb.

Bu göstərici ilə Azərbaycan 2019-cu ildə Gürcüstana ən çox xarici ziyarətçi göndərən ölkə olub.

Hesabat dövründə Rusiyadan Gürcüstana gələn beynəlxalq ziyarətçilərin sayı isə əvvəlki illə müqaisədə 4.7% artaraq 1 milyon 463 min 40 nəfər təşkil edib. Rusiya Gürcüstana ən çox beynəlxalq ziyarətçi göndərən ikinci ölkə olub. 2019-cu ildə  Gürcüstana ən çox beynəlxalq ziyarətçi göndərən üçüncü ölkə isə Ermənistan olub (1 milyon 349 min 279 nəfər).

Ümumilikdə ötən il Gürcüstana gələn beynəlxalq səyahətçilərin ümumi sayı əvvəlki illə müqayisədə 7.1% artaraq 9.3 milyon nəfər təşkil edib ki, bu da ölkə üçün yeni rekorddur. Hesabat dövründə Gürcüstana edilən turist səfərlərinin sayının isə 5 milyon nəfər təşkil etdiyi bildirilir. Bu göstərici 2018-ci illə müqaisədə 6.8% çoxdur.//Apa.az