İspaniya ötən il turistlərin sayına görə yeni rekorda İMZA ATIB

 17:03 20.01.2020     3771

İspaniya ötən il xarici turistlərin sayına görə ardıcıl olaraq yeddinci dəfə rekord müəyyənləşdirib

Redaktor.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2019-cu ildə İspaniyanı 83,7 mln. nəfər turist ziyarət edib ki, bu da 2018-ci ilə nisbətən 1,2% çoxdur (82,6 mln. nəfər). Hesabat ilində İspaniyaya gələn turistlərin xərcləri illik ifadədə 2,9% artaraq cəmi 92,3 mlrd. avroya çatıb.//Apa.az