Ötən il Içərişəhər və Qala Qoruğuna gələn turistlərin sayı AÇIQLANDI

 13:38 23.01.2020     2992

"Böyük Qala 3 və 5 ünvanlarında yerləşən yaşayış binalarının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, sakinlərin rahatlığı və təhlükəsizliyi üçün onlar müvəqqəti yaşayış yerləri ilə təmin olunublar. “Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb”.

Redaktor.az-ın məlumatına görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.

Ə. Ələkbərov deyib ki, Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilib. Ə.Ələkbərov bütün görülən işlərlə yanaşı, turizmin inkişaf etdirilməsinin İdarənin əsas fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib: “Son dövrlər müşahidə edilən turistlərin artım dinamikasına görə, birmənalı olaraq söyləmək olar ki, İçərişəhərə, eləcə də Qala Qoruğuna gələn turistlərin sayı gündən-günə artır.  2019-cu il ərzində 3040 nəfər rəsmi və qeyri-rəsmi nümayəndə heyəti üçün ekskursiyalar, 3271 nəfərə isə fərdi və qrup turları təşkil edilb. Bundan başqa, hesabat ilində muzeylərdə ziyarətçilərin sayı 383 min 528 nəfər təşkil edib”.//Apa.az