Bakı xanları evində virtual muzey istifadəyə veriləcək

 12:38 23.01.2020     3788

 “Bu ilin ortasında Bakı xanları evində virtual muzey istifadəyə veriləcək”.

Redaktor.az-ın məlumatına görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.

Ə. Ələkbərov deyib ki, bu muzeydə virtual olaraq İçərişəhərdəki tarixi məkanlar barədə məlumatlar veriləcək: “Bakı Fotoqrafiya Evində Azərbaycan və dünyada tanınmış rəssamların sərgisi olunacaq. Şirvanşahlar sarayında Ağqoyunlu dövlətinə həsr olunmuş sərgi keçiriləcək. Qala Qoruğundakı iki muzeydə də daimi yenilənmə işləri aparılır”.//Apa.az