Bu il Gürcüstana ən çox gələn azərbaycanlı turistlər olub

 23:00 04.02.2020     4898

Gürcüstana bu il səyahət edənlər ən çox azərbaycanlı turistlər olub.

Redaktor.az xəbər verir ki, ölkə ərazisinə yanvar ayında 86,9 min turist səyahət edib.

Bu rəqəm ötən ilin yanvar ayı ilə müqayisədə 11% çoxdur.

İlk yerdə 124,5 min turistlə azərbaycanlılar durur.

Digər yerləri isə Ermənistan, Rusiya və Türkiyə bölüşdürür.