Novruz bayramında turist axını olmayacaq... KORONAVİRUS

 16:32 25.02.2020     4189

“Son günlər qonşu ölkə İranda koronavirusun yayılması, keçid məntəqələrdə gücləndirilmiş iş rejimi, hər bir turistin ciddi şəkildə yoxlanması, giriş-çıxışa məhdudiyyətlərin tətbiqi  ölkə turizimnə ciddi təsir göstərir”.

Redaktor.az-a açıqlama verən turizm eksperti Kənan Hənifəyev belə deyib. O bildirib ki, Novruz bayramı ilə əlaqədar çox sayda turist qəbul etməklə bağlı proqnozlar və reservasiyalar var idi. Amma virus səbəbindən hazırda həmin rezervasiyaların çox hissəsi ləğv edilib:

“Demək olar ki, İrandan gələn sifarişlər kəskin şəkildə azalmağa başlayıb. Bu da bir növ mart ayı üçün otel biznesinə ziyan vura bilər. Ümumiyyətlə, virusa görə dünya turistləri artıq səyahətlərini məhdudlaşdırmağa başlayıb. Tətil  üçün səfərlər azalıb. Hazırda sadəcə biznes və işlə əlaqəli səfərlər mövcuddur. Çinlə uçuşlar müəyyən müddətlik bağlanıb və gediş-gəliş məhdudlaşdırılıb. Lakin digər ölkələrdə hələ ki, vəziyyət qaydasındadır və bu aylar ərzində nəzərdə tutulan səfərlər icra olunur”,

Sevda Ulutau / Redaktor.az