Almaniyada vizasız qalan azərbaycanlılara MÜRACİƏT

 11:23 25.03.2020     6638

Azərbaycanın Almaniyadakı səfirliyi bu ölkədə vizasız qalan şəxslərə müraciət edib.

Redaktor.az xəbər verir ki, yaşayış icazəsi, yaxud milli vizanın (“D” vizası) müddəti bitən, eləcə də Almaniyada vizasız qalan üçüncü ölkələrin vətəndaşları (məsələn, azərbaycanlılar - red.) yaşayış icazələrinin/vizaların müddəti başa çatmadan əvvəl miqrasiya idarəsinə şəxsi görüş təyin etmədən yaşayış icazəsinin uzadılması üçün müraciət edə bilərlər.

Qeyd edilib ki, həmin idarələrin qərarı olana qədər yaşayış icazələri/vizaları etibarlı sayılır.