Bu oteldə sirli hadisələr baş verib -İntiharlar, itkin düşənlər... / FOTOLAR

 15:57 28.05.2020     3342

Kolumbiya, "Hotel del Salto" - Deyilənlərə görə bu oteldə ruhlar gəzişir və bura girən bir daha sağ çıxa bilmir.

Otel Boqota çayının üzərində, dağlıq bir ərazidə yerləşir. Olduqca gözəl ərazidə yer alan bu otel 1923-cü ildə Kolumbiya prezidenti Pedro Nel Ospinanın dövründə tikilib. Fransız üslubunda inşa edilən bina əvvəllər otel kimi istifadə edilməyib. Pedro Nel Ospinanın hakimiyyətindən sonra, 1928-ci ildən bina otelə çevrilib. Nəticədə, varlı insanların sevimli istirahət məkanı olub.

Top 10 Creepy Stories of Hotel Del Salto Haunted – Mysterious Monsters

1950-ci illərdə otelin müştəriləri o qədər artıb ki, binanı böyüdüb, 18 mərtəbəli bir tikiliyə çeviriblər. 1990-cı ildə isə burada qəribə hadisələr baş verməyə başlayıb. Oteldə ard-arda intihar hadisələri yaşanıb. Adamlar itkin düşməyə başlayıb.

Daha bir maraqlı məqam isə otelin yanındakı “Tequendama” şəlaləsi haqqında yerli əhalinin təsəvvürüdür. Belə ki, ispan koloniyası dövründə qul olmaqdan bezən yerli hindular özlərini bu şəlalədən atır, bununla da qartala çevrilərək, azad olduqlarına inanırmışlar.

Haqqında mifik təsəvvürlər olan bu yerdə dalbadal intihar və başqa qəribə hadisələrin baş verməsi binanın taleyini həll edib. 1990-cı ildən sonra heç kəs bu otelə gəlməyib. Beləliklə, “Hotel del Salto” bağlanıb. Hazırda isə otel muzey kimi istifadə olunur.

Maraqlısı odur ki, hələ də heç kim otelin içinə girməyə cəsarət etmir. Ona görə də, otelin içərisi tamamilə dağılmış durumdadır. Turistlər də daha çox binanı kənardan görməyə və buradakı möhtəşəm mənzərəni seyr etməyə gəlirlər.

Sevda Ulutau / Redaktor.az

22222